Vergilər Nazirliyində yeni təyinat olub.

Metbuat.az xəbər verir ki, nazir Mikayıl Cabbarov Manaf Bayramovu özünə yeni müşavir təyin edib. O, vaxtilə Bakı Vergi Departamentinin rəisi olub. 2008-ci ildən ötən ilin sonuna qədər isə iqtisadiyyat naziri Şahin Mustafayevin müşaviri vəzifəsində çalışıb.