Qoyun və keçilərə təcavüzdən həbs olundu

Cənubi Kiprin Rum Hissəsinin Larnaka şəhərində adı açıqlanmayan 62 yaşındakı bir şəxs qoyun və keçilərə təcavüz iddiası ilə həbs olundu.

Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, şübhəli daha sonra zəmanətlə sərbəst buraxılıb.

Larnaka Hirokitias bölgəsindəki fermanın sahibi qoyun və keçilərdə yaranan yaralardan şübhələnərək, ətrafa gizli kamera yerləşdirib. Bir gün sonra kamera qeydlərini izləyən ev sahibi gördükləri qarşısında təəccüblənib. Görüntülərdə tövləyə gizlicə girən bir insanın qoyun və keçilərə təcavüz etdiyi ortaya çıxıb.

Ferma sahibinin şikayəti üzərinə polis Dali kəndində yaşayan şübhəlini həbs edib. Şübhəli daha sonra zəmanətlə sərbəst buraxılıb.

Rum mediasının geniş yer verdiyi hadisə cəmiyyətdə böyük reaksiyaya səbəb olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR