Dostuna yollayacağı şəkli 6 uşaqlı ataya göndərdi

Avstraliyada sınadığı paltar üçün rəfiqəsindən fikir almaq istəyən Sydney adlı bir qadın şəkli səhvən 6 uşaq atası olan Toni Wooda göndərib.

Metbuat.az xəbər verir ki, atılan bu səhv addım inanılmaz bir yardım hərəkatına çevrilib.

Qadın bu mesajına zarafatyana bir cavab alıb.

Wood mesajında "arvadım evdə deyil, buna görə, onun fikrini ala bilmədim, amma mən və uşaqlar möhtəşəm göründüyünü hesab edirik. Mütləq bu paltarı almalısan" deyib.

Wood sonra uşaqlarının fotosunu Sydneyə göndərib.

Sydneyin rəfiqəsi hadisəni sosial şəbəkədə paylaşdıqdan sonra qısa müddətdə minlərlə insanın marağına səbəb olub.

Fotoda əskik olan 6-ci uşağın leykemiya müalicəsi gördüyü və anasının da onun yanında olduğu məlum olub.

Kaizler adlı uşağın vəziyyətini öyrənənlər bir yardım kampaniyası başladıb. Yalnışlıqla göndərilən bir fotoşəkil sonrası başlayan kampaniya sayəsində uşağın müalicəsi üçün 13 min dollar yardım toplanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR