Tibb bacısının fotoları başına iş açdı

Taylandda yaşanan hadisə müzakirələrə səbəb olub.

Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, Taylandda bir tibb bacısının sosial şəbəkədə yayılan fotoşəkilləri ilə bağlı ağır iradlar alması istefa etməsinə səbəb olub.

Parichat Pang Chatsri adlı tibb bacısı vəzifə başında geydiyi geyimi ilə diqqət çəkən pozlar verib.

Fotoşəkillərin sosial şəbəkədə sürətlə yayılmasının ardından tibb bacısı haqqında istintaq başlayıb.

Bir çox adam Chatsrinin peşəsinə hörmətsizlik etdiyini söyləyib. Tibb bacısı tənqidlərdən sonra istefa etmək qərarına gəlib.

Üzr yazısı dərc edən Chastsri, "vəziyyəti xəstəxana rəhbərliyinə bildirdim və hadisənin böyüməsini istəmirəm. Buna görə istefa edərək məsuliyyəti öz üzərimə götürürəm" deyib.

Buna da BAX!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR