“Türk Hava Yolları” yeni “Airbus” və “Boeing” təyyarələrinin alınmasına dair

“Türk Hava Yolları” aviaşirkəti 60 geniş gövdəli təyyarə alacaq.

Metbuat.az xəbər verir ki, bu barədə “Türk Hava Yolları” aviaşirkəti məlumat yayıb.

Bildirilib ki, təyyarələrin 10-u opsion çərçivəsində alınacaq. Hava gəmilərinin 6-sı 2019-cu ildə, 14-ü 2020-ci ildə, 10-u 2021-ci ildə, 12-si 2022-ci ildə, 11-i 2023-cü ildə, 7-si isə 2024-cü ildə şirkətə təhvil veriləcək. Aviaşirkət 30 “Boeing 787-9” (onlardan 5-i opsion çərçivəsində) və 30 “Airbus A350-900” (onlardan 5-i opsion çərçivəsində) əldə edəcək.

“Airbus” şirkəti ilə müvafiq niyyət protokolu Parisdə Yelisey Sarayında imzalanıb. İmzalanma cari ilin yanvar ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransaya rəsmi səfəri çərçivəsində və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə baş verib. 2017-ci ilin sentyabr ayında isə Prezident Ərdoğanın BMT-nin Baş Assambleyasının sessiyasında iştirak etmək məqsədilə Nyu-Yorka səfəri zamanı “Boeing” və “Türk Hava Yolları” şirkətləri “Boeing 787 Dreamliner” təyyarələrinin alınması ilə bağlı planlarını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR