BMAM Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə birgə tədbirlər planlaşdırır

Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbərliyi ilə görüş keçirilib.

Metbuat.az xəbər verir ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəriAhmed Sami Elaydi Mərkəzin sədri, Prezident yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Rufiz Qonaqovun rəhbərliyi ilə baş tutan görüşdən məmnunluğunu ifadə edib. Görüşdəqonaqlarla dostluq və qardaşlıq münasibətlərindən danışan səfirlik rəsmisi Misir və Azərbaycan arasında beynəlxalq və mədəniyyət sahəsində əlaqələrdən bəhs edib. Rufiz Qonaqov Azərbaycanın inkişafı və bu istiqamətdə bütün sahələrdə aparılan dövlət islahatlarından söhbət açıb. Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik və təhlükəsizlik məsələlərini diqqətə çəkib. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Ahmed Sami Elaydi ilə söhbəti zamanı Azərbaycanda keçiriləcək prezident seçkiləri və seçki prossesləri ilə bağlı geniş məlumat verib.

Rufiz Qonaqov iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərindən bəhs edərək Azərbaycan-Misir əlaqələrindəki möhkəm təməllərə nəzər salıb. Rufiz Qonaqov Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə birgə qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinə də toxunub. XüsusənAzərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti iləMisir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə birgə Azərbaycanda və Misirdə müxtəlif tədbirlərin həyata keçirilməsində maraqlı olduğunu bildirib.

Misir Mədəniyyət Mərkəzinin müdiri Ahmed Sami Elaydi öz növbəsində bu tədbirlərin birgə təşkil olunacağından məmnunluğunu vurğulayıb. Azərbaycan Misir əlaqələrinin genişləndirilməsi istiqamətində belə mühüm işlərin həyata keçirilməsinin vacibliyini qeyd edib. Ahmed Sami Elaydi Azərbaycanın çox yüksək səviyyədə inkişaf etmiş bir ölkə olduğunu və MisirinAzərbaycanla əlaqələrdə hər zaman maraqlı olduğunu bildirib. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri misirli jurnalistlərin Cocuq Mərcanlı kəndinə səfər etdiyini, burada yaradılan yüksək həyat şəraiti ilə tanış olduqlarını qeyd edib.

Görüşün sonunda Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Ahmed Sami Elaydi Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbərliyini Misir Mədəniyyət Mərkəziilə tanış edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR