Təyyarədə dəhşətli hadisə - Görün iti...

ABŞ-da Yunayted Airlensin Houstondan Nyu-Yorka gedən bir təyyarədə kabinet baqajı bölməsinə qoyulan it havasız qalaraq can verdi.

Metbuat.az xəbər verir ki, təyyarəyə 8 yaşındakı qızı, körpəsi və itiylə minən qadına uçuş qrupu tərəfindən xəbərdarlıq edilib. Uçuş qrupu çantanın içindəki itin kreslonun üstündəki kabinet baqaj bölməsinə qoyulmasını istəyib.

İtin sahibi əvvəl etiraz etsə də, daha sonra vəzifəli şəxslərin israrına görə iti çantanın içində həmin bölməyə qoyub. 3 saatlıq uçuşdan sonra çantasını açan qadın göz yaşlarına boğulub.

Fransız buldoku olan it havasız qalaraq ölüb.

Yunayted Airlens mövzuyla bağlı araşdırma başlatdığını açıqlayıb.

Günay Sadıxova/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR