Gözdən əlil qadın həm də görür - İnanılmaz Hadisə

Şotlandiyada yaşayan Milina Cunning 20 yaşlarında görmə qabilliyətini itirib, lakin daha sonra “kor görüşü” qabiliyyətinin olduğunu anlayıb.

Metbuat.az xəbər verir ki, dünyada sadəcə bir neçə insanda görünən bu vəziyyət kor insanların beyinlərinin ətrafda olanları görməsinə kömək edir.

Bu vəziyyət tədqiqatçıların da diqqətini çəkib. Bunlardan biri də onun beyin yoxlamasını aparan Jody Culhamdı. "Milinanın başına pinpon topu atsam, onu görməsə belə, yəqin ki, qolunu qaldırıb özünü qorumağa çalışacaq" - deyə açıqlayır. Milina özü deyir: “Xəstəxanaya gedərkən görmə qabiliyyətini itirməmişdim. Sağlamlıq problemlərim ucbatından həkimlər mənə süni koma tətbiq etdi. 52 gün bu vəziyyətdə qaldım. Oyananda hər yer tamamilə qaralmışdı. Heç bir şey görmürdüm. Altı ay sonra bəzi rəngləri gördüyümü güman etdim, lakin heç kəs inanmadı. Nevroloq Professor Qordon Duttona müraciət etdim. Məni görən kimi bunun bir "kor görüşü" hadisəsi olduğunu anladı. Dutton mənə bir çox test tətbiq etdi. Birində xəstəxananın dəhlizinə stullar yerləşdirmişdi. Bunların arasından keçərək normal yerimə sürəti ilə getməyimi istədi. Bunu edərkən stullara vururdum. Dəhlizin o biri ucuna çatanda həkimim indi də daha sürətli bir şəkildə stulların arasından keçərək "geri dön" dedi.Bu dəfə daha sürətlə yeridim və heç toxunmadan hamısının arasından keçdim. Çox maraqlıdır. Duttonun buna gətirdiyi izahat bu idi: Çox düşünmədən etməyə çalış. Şüuraltı beynim bu işi necə edəcəyimi, stullardan necə qaçacağımı göstərirdi mənə. Evin içində dolaşıb ətrafı toplayıram. Amma bir şey görmürəm. Ətrafımda bir şeylər olduğunu bilirəm. Beynim mənə yol göstərir. Yerdə çanta, ayaqqabı kimi bir şey varsa onları görür və yıxılmayım deyə götürmələrini deyirəm.”

http://matbuat.az/news/916534/temizliyin-belesi-gorulmeyib.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR