Prezident Rəcəb Tayyib Ərdoğanın yaxın ətrafındakı adamlarına qarşı sui-qəsd planı de-şifrə edilib. Rusiya Böyük Britaniyanın hərəkətlərinə cavab olaraq ingilis diplomatlarını deportasiya edəcək. Avropa Parlamenti Türkiyənin Afrin əməliyyatlarını dayandırması ilə bağlı qanun layihəsini Strasburqda müzakirəyə çıxaracaq. ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib. BŞ Koreya yarımadasında vəziyyətin nizama salınmasına dəstək olaraq Çinin və Rusiyanın bəyanatını BMT Təhlükəsizlik Şurasında bloklayıb. ABŞ prezidenti Donald Tramp bütün dünyaya meydan oxuyan “müharibə sənədləri”nə paralel olaraq bir “müharibə kabineti” qurur.

Avropa Parlamenti Türkiyənin Afrin əməliyyatlarını dayandırması ilə bağlı qanun layihəsini Strasburqda müzakirəyə çıxaracaq. Bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.

AP-nin qanun layihəsində Türkiyənin Suriyada apardığı əməliyyatların ABŞ-la münasibətlərinə zərbə vurduğu, tərəflər arasında gərginlik yaratdığı qeyd edilib.

"Suriyadakı ABŞ-ın hərbi bazaları niyə quruldu. Hər halda Rusiyaya görə deyil". Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Suriyada 20 hərbi baza quruldu. Niyə quruldu? İlk ağla gələn İran və Türkiyədir. Hər halda, Rusiya deyil. Bu, üçüncü dünya müharibəsi anlamına gəlir. Hər şeyə hazır olmalıyıq", - o bildirib.

“Bizim dərdimiz işğal deyil. Bizim dərdimiz terror koridorunu şərqindən qərbinə qədər terrorçulardan təmizləməkdir. Bizim bu bölgə ilə sərhədimiz var. Amerikanın varmı? Rusiya rejimlə birgə hərəkət edir. Koalisiya qüvvələri kiminlə hərəkət edir? Tillersona (ABŞ-ın keşmiş xarici işlər naziri – red.) özəlliklə məlumat verdim. Bu silahları buraya niyə gətirirsiniz? dedim. Heç bir səs yoxdur” – Ərdoğan bildirib.

PKK-nın alt qrupu olan TAK qruplaşmasının (Kürdüstan Azadlıq Şahinləri) sui-qəsd dəstəsinin dəhşətli planı ortaya çıxıb. Prokurorluq və Təhlükəsizlik Təşkilatının əldə etdiyi məlumata görə, TAK-ın Mehmet Emin Töre, Gülşən Bahadır ve Zozan Kutumun rəhbərlik etdiyi bir qrup prezident Rəcəb Tayyib Ərdoğanın yaxın ətrafındakı adamlarına qarşı sui-qəsd planlaşdırmışdı.

Məlumata görə, ələ keçirilən sui-qəsd qrupunun hədəfindəki adlar prezident Ərdoğanın oğlanları Əhməd Burak Ərdoğan və Bilal Ərdoğan, enerji və təbii qaynaqlar naziri olan kürəkəni Berat Albayrak, digər kürəkəni Səlçuk Bayraktar və “Turkuvaz Media” İdarə Heyətinin başçısı Sərhat Albayrak olub.

Müharibə KABİNETİ, 4 ölkədən savaş ELANI... - GÜNÜN SİYASİ XÜLASƏSİ

TAK qruplaşmasının Ərdoğanın ailəsinə qarşı dəhşətli SUİ-QƏSD planının ÜSTÜ AÇILDI - “SƏNƏD 5”-İN SİRRİ