Ölkə qarışdı! Başından vurularaq öldürüldü...

Braziliyada dəhşətli hadisə yaşanıb.

Metbuat.az xarici KİV-ə istinadən bildririr ki, Brazilyada Rio De Janeyro Bələdiyyə Məclisinin qadın üzvü və insan haqları müdafiəçisi Marielle Franko şəxsi avtomobilində ikən təşkil olunan silahlı atışmada həyatını itirib.

Polislər 38 yaşındakı Frankonun başına 4 mərmi tuş gəldiyini, Frankonun avtomobilinin sürücüsü Anderson Pedro Gomesin də həyatını itirdiyini bildiriblər.

Müdafiə Naziri Raul Junggman Frankonun öldürülməsiylə bağlı federal polisin də araşdırmaya kömək edəcəyini bildirib.

Frankonun öldürülməsinin ardından Rio De Janeyroda minlərlə insan küçələrdə etiraz aksiyası keçirib.

Franko sosial şəbəkə hesabından həftə sonu verdiyi açıqlamada şəhərdəki polis zorakılığını tənqid etmişdi.

Brazilyalı düşüncə quruluşları Rioda 2016-cı ildə polisin keçirdiyi əməliyyatlarda 925, 2017-də isə mindən çox adamın həyatını itirdiyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR