Nəhəng piton ilanı hamama girdi

2 metr yarımlıq nəhəng bir piton hamamda duş alarkən görünüb.

Metbuat.az xəbər verir ki, Avstraliyanın Queensland şəhərində yaşayan bir ailə evlərinin hamamında 2 metr uzunluğunda nəhəng bir piton ilanı ilə qarşılaşıb. Video “Youtube” kanalı "Virus Hog"da paylaşıldıqdan sonra bir çox izləyici dəhşətə düşüb.

Evin hamamına daxil olan piton suyun altında olub. Pitonun ev heyvanı olduğu və videonun sahibi tərəfindən lentə alındığı güman edilir.

Queenslandda bir pitonu ev heyvanı kimi bəsləmək üçün lisenziya almaq lazımdır. Bunun üçün də təxminən 78 min 600 dollar ödəmək və lisenziyanı almaq üçün beş il gözləmək lazımdır.

Zeytun pitonu Avstraliyanın ən böyük ilanlarından biridir və təxminən 2.5 metr uzunluğundadır. Ancaq 4 metrə qədər böyüyə bilir.

http://matbuat.az/news/917002/meshur-mugenninin-20-yas-kicik-sevgilisi-ile-nikah-goruntule.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR