Ötən il Azərbaycanda avtomobil kreditlərinin mütləq həcmi 31 faiz azalıb

Ötən il Azərbaycanda avtomobil kreditlərinin mütləq həcmi 31 faiz azalıb
13:32 11 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 11 Yanvar 2015 13:28 ]


Bakı-APA. Ötən il bank sektorunun aktivləri 21 faiz, bank kreditləri 18 faiz, uzunmüddətli kreditlər isə 19 faiz artıb.

 

APA-nın xəbərinə görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

 

O bildirib ki, keçən il biznes kreditləşməsinin genişlənməsi davam edib. Biznes kreditləri 18 faiz, o cümlədən sənaye 36 faiz, regionlara kredit qoyuluşları isə 39 faiz artıb.

 

Ötən il həm bank sektorunun, həm də əhalinin rastlaşa biləcəyi maliyyə risklərini nəzərə alaraq istehlak kreditlərinin artımının Mərkəzi Bank tərəfindən tənzimlənməsi sərtləşdirilib. Nəticədə istehlak kreditlərinin artım tempi ötən illə müqayisədə 1,9 dəfə azalaraq 19 faizə, ipoteka kreditləri istisna olunmaqla isə cəmi 13 faizə enib.

 

Avtomobil kreditlərinə gəldikdə isə, bu kreditlərin mütləq həcmi 31 faiz azalıb.

 

E. Rüstəmovun bildirdiyinə görə, ötən il bank sektoru tərəfindən yaşayış sahəsinin alınmasına verilən kreditlərin həcmi 29 faiz artıb. İpoteka Fondu tərəfindən 97 milyon manat ipoteka krediti verilib. Ümumilikdə isə ipoteka sistemi fəaliyyət göstərdiyi dövrdə 15 min 800-ə qədər ailə ipoteka krediti alıb.

 

Artıq ipoteka əldə etməklə bağlı bürokratiyanı azaltmaq üçün elektron ipotekanın tətbiqinə başlanılıb.

 

2014-cü ildə faiz dərəcələrinin azalması prosesi də davam edib: “Son illərdə kreditlər üzrə faiz dərəcələri 18 faizdən hazırda 14 faizə düşüb. Lakin bir sıra təminatçı istehlak kreditləri və mikrokreditlər üzrə faiz dərəcəsi nisbətən yüksəkdir və bizim burada görəcəyimiz hələ çoxlu işlər var”.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR