Erməni əsgər xidmət yoldaşının sifətini yandırıb

2017-ci il dekabrın 11-də Ermənistan ordusunun "N" nömrəli hərbi hissəsinin döyüş mövqeyində hərbi qulluqçu Narek Adibekyanın öldürülməsində təqsirli bilinən Karen Xaçatryanın yaxınları, onu bu addımı atmağa vadar etdiklərini iddia edirlər.

Bu barədə erməni mətbuatına açıqlama verən, müddətli xidmət hərbi qulluqçusu Karen Xaçatryanın bacısı bildirib. Onun bacısı Narine Xaçatryan qeyd edib ki, hərbi xidmət ərzində ölən Narek Adıbekyan dəfələrlə qardaşına qarşı təzyiqlər və qeyri-insani davranışlar etməklə zor tətbiq edilib.

Məlumata görə, hər iki erməni əsgəri bərabər döyüş mövqeyində növbətçilik ediblər. Ölən Adıbekyan onu öldürməkdə təqsirləndirilən Xaçatryana qarşı dəfələrlə zor tətbiq edib, hətta bir dəfə sifətini yandırmaqla, onu nalayiq hərəkətlər etməyə məcbur edib. Ekspertiza yolu ilə bütün bunlar sübut edilib.

Bacısının sözlərinə görə, Karen heç vaxt hərbi xidmətdən narazılıq etməyib. Mövcüd problemlər barədə yalnız ölüm hadisəsindən sonra xəbər tutduqlarını qeyd edib. Erməni vəkil xidmət zamanı nələr baş verdiyini, Adıbekyanın Xaçatryana qarşı necə davrandığı barədə məlumat verib.

Narine Xaçatryan qardaşını bu addımı atmağa vadar etdiklərini nəzərə almağı xahiş edərək, ədalətli hökm veriləcəyinə ümid edir. O, hadisə baş verməzdən öncə döyüş mövqeyində yenə də təzyiq göstərildiyini, ona qarşı söyüldüyünü və bundan sonra qardaşının bu addımı atdığını bildirib.

Xatıqladaq ki, istintaq komitəsindən verilən məlumata görə, 2017-ci il dekabrın 11-də saat 19:30 radələrində "N" nömrəli hərbi hissənin müdafiə zolağının döyüş mövqeyində əsgər yoldaşı tərəfindən açılan atəş nəticəsində bədəninin müxtəlif nahiyyələrindən aldığı güllə yarasından müddətli xidmət hərbi qulluqçusu Narek Adıbekyan ölüb. Ölüm işində təqsirli bilinən Karen Xaçatryan həbs olunub./ordu.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR