"Fənərbağça"da yenidən prezidentliyə namizədliyini irəli sürməyə hazırlaşan Əziz Yıldırım digər tərəfdən transfer siyahısını da müəyyənləşdirir. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, o, postunda qalacağı təqdirdə ilk olaraq "Bavariya"nın ulduz futbolçusu Aryen Robbeni alacağı vədini verib.
İyunun 3-də baş tutacaq seçkidə Ali Koçla kreslo uğrunda mübarizə aparacaq "sarı-lacivərdlilər"in hazırkı prezidentinin Robbenlə danışığa başladığı vurğulanıb. Yıldırım "Bavariya" ilə müqavilə müddəti mövsümün sonuna qədər olan hollandiyalıya imtina edə bilməyəcəyi maaş təklif etməyə hazırlaşır.
Ancaq onun yeganə transferi Robben olmayacaq. Əziz Yıldırım yayda həmçinin Maruan Fellaini ("Mançester Yunayted"), Frank Riberi ("Bavariya") və Mario Balotellini ("Nitsa") də Türkiyəyə gətirməyə çalışacaq.
Milli.Az