Metbuat.az-ın məlumatına görə, İstinyedən Atatürk Hava Limanına getmək üçün Uber vasitəsindən istifadə edən Birgül E. sürücü tərəfindən hücuma məruz qalıb.

Hücumdan sonra üzü qanlar içində olan Birgül E. xəstəxanaya aparılıb.

İxlas Xəbər Ajansı hücumdan əvvəl avtomobildə yaşanan dialoqla əlaqəli görüntü paylaşıb.

Görüntülərdə sürücü və müştəri arasında məbləğə görə mübahisə yaşanıb.

Birgül E. 220 liralıq məbləğə etirazını bildirib.

Nəzarətə alınan sürücü M.Ü-nü sərbəst buraxıblar.

Günay Sadıxova/Metbuat.az