Yeni təhlükəli oyun: “Qaç, ya da öl” / VİDEO

Rusiyada piyadanın vurulması ilə nəticələnən yol qəzası təhlükəsizlik kameralarında anbaan görüntülənib.

Metbuat.az xəbər verir ki, həmin qəzanın uşaqlar arasında yayılan "Qaç, ya da öl” adlı bir oyunun təsiri nəticəsində baş verdiyi iddia edilir.

Qəza zamanı 13 yaşlı Timur hadisə yerindəcə ölüb.

İddialara görə, işıqforu gözləmədən bir andaca yola atılıb, sürətlə gələn maşına doğru qaçmış uşaq "Qaç, ya da öl” adlı oyunu oynayırmış. Son aylar uşaqlar arasında populyarlaşan həmin oyunun şərtlərinə görə, sürətlə gələn avtomobilə həddindən artıq yaxın olsan belə, qarşı tərəfə keçməlisən.

Rəsmi qaynaqlar ölümə bu oyunun səbəb olduğuna qəti əmin deyillər. Bununla belə, təxminən eyni yaşda uşaqların yol qəzalarına tez-tez düşməsi diqqət çəkir.

Qeyd edək ki, keçən həftə də 9 yaşlı qız uşağı da bənzər situasiyada ölmüşdü. Futbolçu ölümdən döndü - Komanda yoldaşı xilas etdi - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR