Dünyanın 70 faizinin su ilə örtülü olduğunu bilirik.

Metbuat.az-ın verdiyi məlumata görə, içində bilmədiyimiz minlərlə canlı növü yaşayan okeanların insanlar tərəfindən yalnız 5 faizi kəşf edilib. Qalan 65 faizlik hissə isə öz sirrini qorumağa davam edir.

Elm adamları və dənizçilər tərəfindən araşdırılan dəniz canlıları büründükləri şəkillə adi balıq növlərindən olduqca fərqli görünüşə sahibdirlər.

Bunun ən böyük sübutu isə rus balıqçı Roman Fedortsovun çəkdiyi fotolardır. Fotolardakı bu canlılar okeanın sirrini qoruduğu hissəsindən necə canlıların çıxdığını göstərən kiçik bir sübutdur.

Tək gözləri olan və ya heç gözü olmayan bu canlıları görənlər “yad planetli”yə oxşadırlar.

Günay Sadıxova/Metbuat.az

http://matbuat.az/news/922194/pisikler-insanin-bu-xesteliklerini-sagaldir--bilirdiniz.html