Evinin bir otağında 100 min soxulcan bəsləyir.

Metbuat.az-ın verdiyi məlumata görə,Yüksək Seçki Kabinetindən ötən il təqaüdə buraxılan 5 uşaq atası Musa Kılıç tövsiyyələrdən sonra Çukurca mərkəzinə təxminən 20 kilometr məsafədə yerləşən Köprülü kəndi Çimənli məhəlləsindəki evinin bir otağında Kaliforniya soxulcanı gübrəsi istehsal etməyə qərar verib.

KılıçMardinə gedərək 100 min Kaliforniya soxulcanı alıb evinə gətirib. 3 aydır böyük bir diqqətlə çalışmalarını davam etdirən Kılıç qısa müddətdə soxulcan gübrəsi istehsal etməyə başlayıb.

Aldığı məhsuldan razı olduğunu bildirən Kılıç qısa müddətdə soxulcanın sayının 200 minə çatacağını və kənd təsərrüfatında da böyük məhsuldarlığa səbəb olan gübrənin satışına başlayacağını bildirib.

Günay Sadıxova/Metbuat.az