Dünyanın ən uzun heyvanı zəhərlidir.
Metbuat.az-ın verdiyi məlumata görə, Uppsala Universiteti Farmakoqnoloji bölümündən professor Ulf Göranssonun dövlət televiziyası SVT-yə etdiyi açıqlamada araştırmalar nəticəsində İsveçin Qərb hissəsindəki soyuq sularda yaşayan bantlı soxulcanların zəhərli olduğunu müəyyənləşdirdiklərini bildiriblər.
Zəhərin insanlar üçün təhlükəli olmadığını deyən Göransson “Bantlı soxulcanın zəhəri qabıqlı böcəklər və qabıqlı heyvanlarda çox təsirli olur və sinir sistemlərini çökdürür.”
Bu zəhərin qabıqlı böcəklərə təsir edən ən güclü zəhər olduğunu bildirən Göransson zəhərdən gələcəkdə dərman hazırlanması üçün istifadə oluna biləcəyini deyib.
Latınca adı “Lineus longissimus” olan bu soxulcanlar 55-60 metrəyə çatan uzunluqları ilə dünyanın ən uzun heyvanı olaraq tanınır.
Günay Sadıxova/Metbuat.az