Kuryerin pizzaya tüpürdüyü hadisənin arxasından 425 min manatlıq şantaj çıxdı
Metbuat.az-ın verdiyi məlumata görə, Eskişehirdə bir kuryerin pizzaya tüpürdüyü görüntülər təhlükəsizlik kameralarına görünüb. Görüntülərin qəsdən çəkildiyi və pizza şirkətinə bu görüntülər ilə şantaj edilərək 425 min manat dəyərində pul istədiyi bildirilib.
Firmanın rəhbəri Feyza Gülər hadisənin məhkəməyə düşdüyünü deyib. “Bu kuryer bizdə yeni işə başlamışdı. Hadisə başqa cür inkişaf edib. Bu, bir təşkilatın işidir. Bu görüntü qəsdən kamera qarşısında çəkilib. Sonra bu görüntü ilə bizdən şantaj yolu ilə 425 min manat istəyiblər. Eskişehirde Mütəşəkkil Cinayətlər üzrə prokurora müraciət etdik. Onları məhkəməyə verdik. Prokukorun onları çağırıb ifadələrini aldığı gün bu görüntülər yayılıb.”
Günay Sadıxova/Metbuat.az