"Suriyadakı qanunsuz birləşmələrə qoşulan azərbaycanlıların uşaqlarının Azərbaycana gətirilməsi ilə bağlı işlər davam etdirilir".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, hazırda bununla əlaqədar işlər aparılır: "Bu işlə bizim komitə deyil, digər qurumlar məşğul olur. İşlər davam etdirilir. Amma bizim komitə də bu işə dəstək verir".
Milli.Az