DƏHŞƏT! Üzündə 3 mindən çox şiş var

Metbuat.az-ın verdiyi məlumata görə, Trinidad və Tobagoda yaşayan 38 yaşlı Karmaine Sahadeo adlı qadının orqanizmi doğuşdan sonra şar kimi şişlərlə örtülüb. Ağır nörofibromatozis xəstəliyindən əziyyət çəkən qadının bütün üzünü örtən yumrular böyük ağrılara səbəb olur.

Bəxtsiz qadın həmişə belə bir xəstəliyinin olduğunu, ikinci uşağını dünyaya gətirdikdən sonra şişlərin sürətli bir şəkildə böyüyüb çoxalmağa başladığını deyib. Keçirdiyi iki əməliyyat da qadının şişlərinin böyüməsini dayandırmayıb.

Məktəbdə zorakılığa məruz qalacaqlarından qorxduğu üçün uşaqlarını məktəbə belə göndərməyən qadın, tibbi bir əlac axtarır. Xüsusilə ayağındakı şişlərin böyük ağrılara səbəb olduğunu deyərək, ona kömək edilməsini ümid edir.

Sadəcə üzündə və başında 3 mindən çox şişi olduğunu bildirən Karmaine ən qorxduğu şeyin gözlərini itirmək olduğunu deyib. 3 il əvvəl həyat yoldaşından ayrılan qadın işləmədiyi üçün övladlarına baxmaqda çətinlik çəksə də "Mən xoşbəxt adamam, heç vaxt intiharı düşünməmişəm" deyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR