"Arsenal"ın sabiq hücumçusu Tyerri Anri "LA Galaksi"də möhtəşəm debüt edən Zlatan İbrahimoviç barədə danışıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, hazırda ekspert kimi çalışan Anri bunları qeyd edib:
"Zlatan necə vardısa, elədir. Bunu qol epizodu təsdiqləyir. Onun yüksək sürəti yoxdur deyə texnika və özünəinama arxalanır. İbrahimoviç qol vuranda kimsə mənə bunu xəbər verdi. Qolun təkrarına baxıb düşündüm ki, Zlatan belə də olmalıdır. Qolun unikallığı və gözəlliyini azaltmaq istəmirəm. Amma bu Zlatandır. O, belə qolların ustasıdır".
Milli.Az