Halı pisləşən qubernatora ilk yardım üçün sumo rinqinə girən

Sumo rinqi yaponlar üçün müqəddəs bir sahədir. Ölkədə qadınların ənənəvi olaraq rinqə addım atmaları qadağandır.

Metbuat.az-ın verdiyi məlumata görə, Yaponiyanın Maizuru şəhərində sumo güləşi rinqində huşunu itirən vali Ryozo Tatamiyə ilk yardım üçün sürətlə rinqə girən qadınlar hakim tərəfindən kənarlaşdırılıb. Qadınların gördüyü münasibət Yaponiyada sumo ənənələrini də müzakirəyə çıxarıb.

Xəstəxanaya aparılan vali Tataminin sağlamlıq vəziyyəti yaxşılaşıb.

Yaponiya Sumo Assosiasiyası sədri Nobuyoshi Hakkaku hadisənin eşidilməsindən sonra bir açıqlama edərək üzr istəyib.

Hakkaku "Hakim hirsləndiyi üçün belə bir əmr verib. Amma bir adamın həyatını maraqlandıran belə bir vəziyyətdə bu uyğunsuz bir hərəkətdi" deyə bildirib.

Yapon mediasında çıxan bəzi məlumatlarla isə mübahisə böyüyüb. Bir neçə tamaşaçı qadınların tərk etdiyi rinqə duz atıldığını iddia edib.

Yaponiyada sumo güləşçilərinin qarşılaşmaları öncəsi rinqə duz atmaq bir ənənədir.

Ancaq bəzi sosial şəbəkə istifadəçiləri “qadınların çirkləndirdiyi" fikri ilə rinqə duz atıldığını söyləyərək rəsmiləri tənqid edib.

Bu istifadəçilərdən biri "Başqasının həyatını xilas etmək istəyən birinə belə davranmaq olarmı? Əsl sumo assosiasiyası sədrini duzlamaq lazımdır" ifadələrini işlədib.

Yaponiyada bənzər bir hadisə 2000-ci ildə də baş vermişdi. Osaka valisi Fusae Oda çempion sumo güləşçisinə mükafatını təqdim etmək üçün icazə istəmiş, amma qadın qubernatora icazə verilməmişdi.


https://metbuat.az/news/927886/iki-il-it-bilib-sax...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR