Bu gün ölkə ərazisində hava 21 dərəcəyə qədər isinəcək

Bu gün ölkə ərazisində hava mülayim-isti proqnozlaşdırlıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Metbuat.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Hazırda bəzi yerlərdə zəif duman və cənub küləyi müşahidə edilir.

Gündüz saatlarında havanın temperaturunun Abşeron yarımadasında 13-18, Bakıda 15-17 dərəcəyə qədər isinəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında isə havanın temperaturunun gündüz saatlarında hətta 21, dağlarda 13 dərəcəyə qədər isinəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR