"Bayern Munchen" Bundesliqanın 29-cu turunda "Augsburg"u məğlub etməklə ardıcıl 6-cı dəfə Almaniyanın ən güclüsü olub. Bu, komandanın fransalı yarımmüdafiəçisi Frank Riberi üçün 8-ci Bundesliqa tituludur.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 35 yaşlı havbek ölkə çempionluqlarının sayına görə rekordçular Oliver Kan, Filipp Lam, Mehmet Şoll və Bastian Şvaynştaygerə çatıb. Riberi Bundesliqada 8 dəfə çempion olan yeganə legionerdir.

Milli.Az