Almaniya hüquq-mühafizə orqanları Berlində keçiriləcək marafon zamanı terror aktı törətməyi planlaşdıran 4 nəfəri saxlayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, həmin şübhəli şəxslər uzun müddət müşahidə altında olub.
Saxlanılanlardan biri 2016-cı il dekabrın 19-da Almaniya paytaxtında Yeni il yarmarkasında terror aktı törətmiş tunisli Anisa Amrinin yaxın tanışıdır.