ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə
Dünya Kuboku yarışları başa çatıb.
Azərbaycan Güləş Federasiyasından Publika.az-a
verilən məlumata görə, yığma komandamız Kuba, Qazaxıstan və
Monqolustan idmançıları ilə B yarımqrupunda mübarizə aparıb və
bütün rəqiblərini məğlub edərək finala yüksəlib.
Finalda rəqib digər yarımqrupda Hindistan, Gürcüstan və Yaponiya komandalarını üstələyən ABŞ idmançıları olub. Gərgin keçən qarşılaşma ABŞ yığmasının 6:4 hesablı qələbəsi ilə başa çatıb.
Yığma komandamız dünya ikincisi olub və gümüş medallara layiq görülüb.