Suriyada hərbi hava bazasına

Suriya Dövlət Televiziyası Xüms şəhərində rejimə aid “Tiyas Hərbi Hava Bazası”na raket hücumu baş verdiyini bildirib. Hava bazası yaxınlığında şiddətli partlayış səsləri gəldiyi xəbərini son dəqiqə xəbəri olaraq bölüşüblər.

Metbuat.az xəbər verir ki, Suriya hərbi mənbələrindən verilən məlumatlara görə, ölü və yaralıların olduğu bildirilib. Gələn məlumatlar arasında Suriya qüvvələrinin hücuma qarşılıq verdiyi də məlum olub. Mövzu ilə bağlı bir Amerika vətəndaşından açıqlama gəlib. Açıqlamada Əsədə aid bazaya ABŞ-ın hücumuna dair xəbərlərin həqiqətə uyğun olmadığı bildirilib.

Digər tərəfdən Donald Tramp Suriyada baş verən və 78 nəfərin həyatını itirməsinə səbəb olan kimyəvi hücumdan sonra sərt bəyanatlar verib. Tramp açıqlamasında Əsədin ödəyəcəyi əvəzin böyük olacağını deyərək, hədə- qorxu gəlib.

Amerikalı rəsmilər hücumu Vaşinqtonun həyata keçirmədiyini deyib.

Şərqi Gutanın Duma zonasından gələn iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib, amma yardım təşkilatları hökuməti ən az 70 nəfərin ölümünə yol açmaqla günahlandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR