Timsah ödüylə qarışdırılmış pivə 52 nəfəri öldürdü

Timsah ödüylə qarışdırılmış pivə 52 nəfəri öldürdü
18:57 11 Yanvar 2015
240 Dünya
Ölkə mətbuatı
A- A+

“City Press”in xəbərində deyilir ki, Mozambikdə pivədən kütləvi zəhərlənmə baş verib. Nəticədə 146 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 52 nəfəri artıq dünyasını dəyişib.

O da qeyd olunur ki, “Pombe” Mozambikin milli pivəsi hesab olunur. Bu içki darı və buğda unundan hazırlanır.

Milli.Az musavat.com-a istinadən bildirir ki, yerli rəhbərlər hesab edirlər ki, yas mərasimi zamanı insanlara verilən pivə timsah ödü ilə qatışdırılıb. Nəticədə belə zəhərlənmə hadisəsi baş verib.

Afrikanın yoxsul ölkələrindən olan Mozambikdə bu işi araşdırmaq üçün analiz nümunələri paytaxta göndərilib. Yerli polis isə olayla bağlı istintaqa başlayıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR