Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) Afrika ölkəsi olan Qabonda keçirdiyi əməliyyat nəticəsində Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbərliyində təmsil olunan 3 nəfər tutularaq Ankaraya gətirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində həbs olunan Osman Özpınar, İbrahim Akbaş və Adnan Demirönal Qabonun paytaxtı Librevil şəhərindən özəl təyyarə ilə Türkiyəyə gətiriliblər və hüquq-mühafizə orqanlarına təhvil veriliblər.

Onların üzərində FETÖ-yə aid sənədlər, 20 min 800 dollar, 12 milyon Mərkəzi Afrika Respublikasına aid frank (təxminən 23 min dollar), müxtəlif xəbərləşəmə cihazları aşkar edilib.

O.Özpınar Librevildə Beynəlxalq Türk-Qabon məktəbinin müdiri olub. O, 2017-ci ildən etibarən Keniyada fəaliyyət göstərən "Işık akademiklər" ("Light academy") adlı məktəbdə təhsil üzrə əlaqələndirici və baş direktor işləyib. Qabonda tutulan digər iki FETÖ-çülər də təhsil sahəsində fəaliyyət göstəriblər.

Milli.Az