Güləş yığmamız Vətənə döndü

Güləş yığmamız Vətənə döndü
08:03 11 Aprel 2018
138 İdman
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kubokunda ikinci yeri tutan Azərbaycanın sərbəst güləş yığması Vətənə dönüb.

"Report" xəbər verir ki, millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Güləş Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Azərbaycan millisi finalda ABŞ-la üz-üzə gəlib. Görüş təşkilatçı ölkə komandasının 6:4 hesablı qələbəsi ilə yekunlaşıb. Georgi Edişeraşvili, Coşqun Əzimov, Aslanbek Alborov və Cəmaləddin Məhəmmədov qələbə qazandığı halda, Əfqan Xaşalov, Hacı Əliyev, Hacımurad Ömərov, Cəbrayıl Həsənov, Aleksandr Qostiyev və Roman Bəkirov uduzub.

Bununla da Firdovsi Umudovun baş məşqçi olduğu kollektiv Dünya Kubokunu gümüş medalla başa vurub. Yarışın qalibi adını ABŞ qazanıb.

Azərbaycan millisi əvvəllər 2 dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunu əldə edib. Ötən il isə bürünc medal qazanılıb.

Qeyd edək ki, B qrupundakı görüşlərində Azərbaycan Kuba, Qazaxıstan və Monqolustanı məğlub edib. Təşkilatçı ölkə komandası isə A qrupunda Hindistan, Gürcüstan və Yaponiyanı üstələyib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/237130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR