Estoniyalı deputat: "Müşahidələrimiz onu deməyə əsas verir ki, Azərbaycan seçkilərə çox yaxşı hazırlaşıb"

Estoniyalı deputat: "Müşahidələrimiz onu deməyə əsas verir ki, Azərbaycan seçkilərə çox yaxşı hazırlaşıb"
15:57 11 Aprel 2018
46 Ölkə
Ölkə mətbuatı
A- A+

"Artıq bir neçə seçki məntəqəsinə baş çəkmişik. Müşahidələrimiz onu deməyə əsas verir ki, Azərbaycan seçkilərə çox yaxşı hazırlaşıb. Seçkilər mütəşəkkil, demokratik və şəffaf şəraitdə keçirilir".

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 12 saylı seçki məntəqəsində səsvermə prosesini izləyən Estoniya parlamentinin deputatı Yanus Marrandi deyib.

O qeyd edib ki, müşahidələr zamanı heç bir anlaşılmazlıq və ya pozuntu qeydə alınmayıb. Bir çox məntəqələrdə veb-kameraların quraşdırılması isə Azərbaycanda demokratik, azad seçkilərin beynəlxalq normalara uyğun olduğunu göstərir.

Y.Marrandi seçkilərin Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə inandığını bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641281.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR