Söylədiyi yalanla minlərlə dollar topladı

24 yaşlı Hanna Dickenson ailəsinə ölkə xaricində müalicəyə ehtiyacı olduğunu söyləyərək 31 min dollar alıb.

Metbuat.az xəbər verir ki, daha sonra qızın ailəsinin dostlarından yardım üçün pul aldığı qeyd olunub.

Məhkəmədə Dickensonun pulun böyük qismini tətillərdə xərclədiyi bildirilib. Hakim David Starvaggi Dickensonun saxtakarlığını "alçaqcasına" deyə xarakterizə edib. Öz xərçəng müalicəsini tamamlayan bir xəstənin Dickensona 10 min dollar yardım etdiyi, bir başqa şəxsin də dörd dəfə pul bağışladığı qeyd olunub.

Saxtakarlıq isə başqa bir xeyriyyəçinin “Facebook”da Dickensonun fotolarını görməsi ilə ortaya çıxıb.

http://matbuat.az/news/931415/meshur-futbolcu-sevg...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR