Böyük Britaniyanın baş naziri Teresa Mey parlamentin razılığı olmadan Suriya hökumət qüvvələrinə qarşı hərbi əməliyyatlara qatılmağa hazır olduğunu ifadə edib.
APA-nın məlumatına görə, bu barədə BBC öz mənbələrinə istinadən xəbər verib.
Qeyd olunur ki, bu barədə qərarı T.Mey Suriyanın Duma şəhərində kimyəvi hücumun təkrarlanmasının qarşısını almaq məqsədilə verib.