İstanbul Gömrük Mühafizə Müdürlüyü Atatürk Hava Limanında Vyetnamdan gələn 3 sərnişinə aid 3 ayrı çamadandan 802 ədəd əjdaha toyuğu yumurtası ələ keçirilib.
Metbuat.az xəbər verir ki, hadisəylə bağlı 3 nəfər saxanılıb. Şübhəlilər Fatih B., Murat B və Murat T.-nin gətirdikləri yumurtaları inqibator maşınına qoyaraq, cücə yetişdirməyi planlaşdırdıqları məlum olub. Yumurtalar qırılmaması üçün çamadanın içinə xüsusi şəkildə qoyulub.
Dong Tao toyuğu olaraq adlandırılan Vyetnam əsilli əjdaha toyuqları olduqca ləzzətli, nadir bir toyuq növüdür. Olduqca kiçik bir ərazidə yetişdirilir və onu yalnız kral ailəsinə mənsub şəxslər yeyə bilir. Bir cüt Dang Tao toyuğu almaq üçün 2 min dollar xərləmək lazımdır.

