Əsgər yoldaşları

Karaman Dövlət Xəstəxanasında 1 ildir müalicə olunan 91 yaşlı Əli Sərt 72 il əvvəl birlikdə əsgərlik etdiyi kamera yoldaşı Tahir Tanışla eyni otaqda müalicə olunduğunu gördükdə gözlərinə inanmayıb.

Metbuat.az- xəbər verir ki, əsgər yoldaşıyla 72 il sonra yenidən qarşılaşmanın sevincini yaşadığını deyən Əli Sərt “ Tahir Tanış ilə əsgərliyimizi Çanaqqala Geliboluda etdik. Biz heç zaman sevgimizi və gülər üzümüzü bir- birimizdən əksik etmədik”deyib.

Əsgər yoldaşlarının reportaj əsnasında bir – birlərinin əlini buraxmaması da diqqətlərdən qaçmayıb.

Xəstəliyi səbəbindən çətinliklə danışan Tahir Tanış isə “ Əsgərliyimizi birlikdə etdik, eyni kamerada qaldıq. İndi isə eyni xəstəxanada qalırıq. Uzun illər sonra dostumun həyatta olmağına çox sevindim.”

28 nəvə sahibi Əli Sərt ilə 18 nəvə sahibi Tahir Tanışın xəstəlikləri də eynidir. Xərçəng xəstəliyindən əziyyət çəkən əsgər yoldaşlarını uşaqları və nəvələri yalnız buraxmır.

http://matbuat.az/news/932736/gercek-olduguna-inan...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR