İzmirin Konak bölgəsində yaşayan 47 yaşındakı Berrin Aşık illərlə atası bildiyi Mehmet Acülün əslində öz atası olmadığını öyrənib.

Metbuat.az-ın türk mediasına istinadən verdiyi məlumata görə, həqiqi atasının anasının illərlə “bir yaxınım” olaraq tanıdaraq birlikdə olduğu iş adamı Halim Bükcüoğlu olduğu bildirilib.

Aşık 19 il əvvəl vəfat etmiş atası Mehmet Acülün məzarını açdıraraq DNT testi ilə həqiqi atası olmadığını sübut edib və Bükcüoğluna atalıq məhkəməsi açıb. Daha sonra vəkili Varol Turcay vasitəsilə Bükcüoğlunun bioloji atası olduğunu sübut etmək üçün və atalığı qəbul etmədiyi üçün 500 min lirəlik təzaminat məhkəməsi açıb. Məhkəmə qərarına baxmayaraq Bükcüoğlu DNT testinə getməyib .

Bundan sonra İzmir Ailə Məhkəməsi Bükcüoğlunu polis gücüylə tibb müəssisəsinə götürülərək qan analizi verməsini hökm edib.

Berrin Aşık 17 iyun “Atalar günü”ndən əvvəl gerçək atasını tapmaq istədiyini bildirib.

https://metbuat.az/news/934370/ozcan-denizden-heya...