Kökəldiyini düşündü

Kim Turner adlı qadının pəhriz etməsinə və idmanla məşğul olmasına baxmayaraq sürətlə çəkisi artmağa başlayıb.

Metbuat.az xəbər verir ki, illərdir həkimə gedən 59 yaşlı qadın nəhayət Çikaqodakı həkimə gedib və həqiqət ortaya çıxıb. Kök olduğunu düşünən qadının əslində qarnında çox nadir görülən bir şiş olduğu ortaya çıxıb.

Əməliyyat olunan və bədənindəki 20 kiloqramlıq şiş çıxarılan Kim Turner artıq özünü daha yaxşı hiss etdiyini deyib. Araşdırmalar edildikdən sonra başqa müalicəyə ehtiyac olub-olmadığı ortaya çıxacaq.



https://metbuat.az/news/934847/oluleri-defn-etmek-...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR