İTV-də sosial reklamın yayım qaydaları dəyişdirilir

İTV-də sosial reklamın yayım qaydaları dəyişdirilir
12:59 17 Aprel 2018
64 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında “İctimai televiziya və radio yayımı haqqında” qanuna əlavə və dəyişiklik müzakirəyə çıxarılıb.
 
 
 
APA-nın məlumatına görə, layihəyə əsasən İctimai TV-də sosial reklam “Reklam haqqında” qanuna uyğun olaraq yayımlanacaq.
 
 
Qanuna edilən əlavəyə görə, ictimai yayım proqramlarında (verilişlərində) yayımlanan reklam asan başa düşülən olmalı və həmin proqramların (verilişlərin) elementlərindən vizual (görüntülü) və ya akustik (səsli) şəkildə fərqlənməlidir.
 
 
Digər əlavəyə görə isə sponsor reklamı şəxsin sponsor qismində göstərilməsi şərti ilə yayımlanmalıdır. Sponsor reklamında yalnız sponsorun adı, fəaliyyət sahəsi və əmtəəsi haqqında məlumat, əmtəə nişanı, firmanın loqosu qaçan sətirlə göstərilməklə, vizual, yaxud audio vasitələrlə təqdim oluna bilər. Hər bir ictimai yayım proqramında (verilişində verilən sponsor reklamında bu məlumatların ümumi həcmi 2 dəqiqədən çox olmamalıdır. 
 
 
Layihə plenar iclasa tövsiyə olunub.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/299021

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR