Sədəf xəstəliyi ilə mübarizə aparan model

İspaniyada yaşayan Celia Martinezə 16 yaşında sədəf xəstəliyi diaqnozu qoyulub.

Metbuat.az xəbər verir ki, bədəninin 90 faiz hissəsinə yayılan xəstəlik səbəbiylə çətin günlər yaşayıb. Vaxt keçdikcə bu yaralarla yaşamağa öyrəşən gənc qız kariyerasına modellik edərək davam edir və özü kimi bu xəstəlikdən əziyyət çəkənlərə ilham qaynağı olmaq istəyir.

İlk əvvəl qarnında balaca qırmızı ləkərlərlə başlayan sonra bütün bədəninə yayılan xəstəlik Celianın içinə qapanıq biri olmasına səbəb olmuşdu. Celia “Küçəyə çıxdıqda insanların qəribə baxışları, dediyi sözlər məni çox yaralayırdı. Amma onlara müdaxilə etməyi öyrəndim.Heç kimin mənim haqqımda pis fikir bildirməsinə icazə vermirəm. Beləliklə özümə olan inamımı yenidən qazandım” deyib.

“Xəstəliyimlə mübarizəm hələ də davam edir. Amma bu model olmağıma əngəl deyil ”deyən Celia xəstəliyinin bir gün sağalacağını ümid edir.

1

Sedef hastalığıyla mücadele eden model, ilham kaynağı olmak istiyor

https://metbuat.az/news/934901/kokeldiyini-dusundu...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR