1 milyard dollar sərvəti olan Matthyu Mellon Meksikada narkotik ilə mübarizə apardığı bir klinikada 54 yaşında həyatını itirib.
Metbuat.az xəbər verir ki, ABŞ-da iki köklü ailənin oğlu olan və keçmişdə Nyu York Respublikaçı Partiya Maliyyə Komitəsinə sədrlik etmiş olan Mellonun 3 uşağı var.
2016-cı ildə Mellonun oksykontin adlı bir dərmandan asılı olduğu və 100 min dollar xərclədiyi ilə bağlı xəbərlər çıxmışdı. “New York Post”-da danışan Mellon “ Bu dərman qanuni eroin kimidir və qarşısı alınmalıdır” demişdi.
Mellon ABŞ prezidenti Donalt Tramp və sahibkar Elon Muskun da məzunları olduğu “Wharton School”dan məzun olub.
O, keçmiş həyat yoldaşı Tamara Mellon ilə 1999-cu ildə ananim narkotik asılılarının terapiyasında tanış olub.