Romadakı bir universitetdə 16-21 Aprel tarixlərində keçirilən "Şeytan çıxarma və liberallaşdırma duası” kursuna 51 ölkədən 250 dən çox keşiş qatılır.
Metbuat.az xəbər verir ki, dünən keçirilən açılışda günümüzdə şeytan çıxarma mütəxəssislərinin yeni mübarizə sahələri ilə qarşı-qarşıya olduğu qeyd olunub.
Kursu təşkil edən Sacerdos İnstitutundan Keşiş Jose Enrique Oyarzun "yalanın atası" - deyə adlandırdığı şeytanın günümüzdə internet və sosial şəbəkələr sayəsində daha çox rəğbət gördüyünü söyləyib.
Açılış dərsini verən alban Kardinal Ernst Simonu "Hər gün cib telefonu ilə 4-5 şeytan çıxarma ayini edirəm" deyib.
Simonu "Müsəlmanlara da şeytan çıxarma ayini etdim. Məni tanıyırdılar və xahiş etdilər" deyib. "Şeytandan xilas etdiyi" müsəlmanların bu ayindan sonra din dəyişdirib dəyişdirmədiyi sualına isə Simonu "Xeyr, müsəlman olaraq qaldılar" deyə cavab verib.
Kursun davamında pedofiliya, Afrika sehrləri, Latın Amerikadakı təriqətlərin kultları də müzakirə olunacaq.
Təşkilatçılardan Rahib Luis Ramirez "Məqsədimiz keşişlərə, ciddi və elmi araşdırmanın əskik olduğu bu mövzuda akademik təhsil verməkdir" deyib.