Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Çin lideri Si Tsinpin arasında telefon danışığı olub.
Metbuat.az xəbər verir ki, danışıqlar zamanı Ərdoğan və Si başda Suriya olmaqla regional məsələlərə toxunub. Həmsöhbətinə Suriyadakı gərginliyin artmasına imkan verilməməsini bildirən Ərdoğan Türkiyənin kimyəvi silah istifadəsinə qarşı olduğuna da toxunub. Hər iki lider Suriyanın torpaq bütünlüyünü qorumağın vacibliyini qeyd edib.
İkili əlaqələri genişləndirmək barədə müzakirələr də aparıb.
Aysel Yaqubqızı / Metbuat.az