Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə əməkdaşlıq edəcək

Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə əməkdaşlıq edəcək
17:33 20 Aprel 2018
Ölkə mətbuatı
A- A+

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-də olub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Publika.az-a verilən məlumata görə, səfər zamanı baş direktoru agentliyin Texniki Əməkdaşlığın Koordinasiyası və Proqram Təminatı şöbəsinin direktoru Martin Krause, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Fövqəladə Hallar, Xarici İşlər nazirliklərinin nümayəndələri müşayiət edib. Qonaqlar Milli Nüvə Tədqiqatları Mərkəzinin şöbə, kompleksləri və əldə edilən nəticələrlə tanış olublar. Onlara sterilizasiya məqsədli Qamma Şüalanma Kompleksi, Tədqiqat Nüvə Reaktoru Kompleksi, İnnovasiya və cihazqayırma, Nüvə spektroskopiyası və radiokimya, Mobil Ekspedisiya Sektoru, Radiasiya materialşünaslığı və radiasion nanotexnologiya şöbələrinin texniki imkanları, kadr potensialı və əldə edilmiş nəticələr barədə ətraflı məlumat verilib. Qonaqlar əldə edilmiş nəticələri yüksək qiymətləndirib.

Sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano və Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Texniki Əməkdaşlıq proqramı çərçivəsində Milli Nüvə Tədqiqatları Mərkəzi ilə icra olunan iki Milli Layihə ətrafında müzakirələr aparıblar. Y.Amano Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə görüşdə müzakirə olunan Tədqiqat Nüvə Reaktorunun yaradılması, nüvə və radiasion texnologiyalarının inkişafının genişləndirilməsi istiqamətlərində birgə fəaliyyəti məqsədəuyğun hesab etdiyini bildirib.

O, qeyd olunan istiqamətlər üzrə əməkdaşlığa hazır olduqlarını qeyd edib. Baş direktor Azərbaycan Respublikasının nüvə enerjisi, nüvə və radiasion texnologiyanın dinc məqsədlərlə istifadəsi sahəsində həyata keçirilən layihələri yüksək qiymətləndirib. Görüşdə Sterilizasiya məqsədli Qamma Şüalanma Kompleksinin tezliklə istifadəyə verilməsi, burada sterilizasiya, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı və davamlığının artırılması, rezin polimer, elastomer və kompozit materialların fiziki, mexaniki, kimyəvi xassələrinin modifikasiyası istiqamətində radiasion işləmələrin müasir dövrdə böyük elmi və praktiki əhəmiyyət kəsb etməsi qeyd olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/238233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR