ABŞ prezidenti Donald Tramp KXDR nüvə və raket sınaqlarından imtina etməsinə fair qərarına münasibər bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ABŞ lideri bu addımı "böyük bir tərəqqi" adlandırıb.

"Bu Şimali Koreya və bütün dünya üçün çox xoş xəbərdir",-deyə Tramp öz Twitter səhifəsində yazıb.

Xatırladaq ki, bundan əvvəl Şimali Koreya lideri Kim Çen In ölkədə nüvə və raket sınaqlarının dayandırılmasını elan edib.

Milli.Az