Abid Şərifov xəstəxanaya yerləşdirildi

Abid Şərifov xəstəxanaya yerləşdirildi
01:04 23 Aprel 2018
211 Digər
Ölkə mətbuatı
A- A+

Baş nazirin sabiq müavini Abid Şərifovun səhhətinin pisləşdiyi barədə məlumat yayılıb.

 

İnterpess.az A.Şərifovun təcili xəstəxanaya yerləşdirildiyini yazıb. Onun yerləşdirildiyi xəstəxana barədə məlumat verilməsə də, Abid Şərifovun hazırda kardiologiya şöbəsində müalicə olunduğu vurğulanıb.

 

Qeyd edək ki, A.Şərifov ürəyində problem yaranması səbəbindən İsraildə müalicə olunub. Ötən ilin aprel ayında millət vəkili Yevda Abramov onun İsrailin Hayfa şəhərindəki xəstəxanaya yerləşdirildiyini bildirmişdi.

 

Sabir baş nazir müavini orada əməliyyat keçirmişdi.

 

Abid Şərifov vəzifədən ötən gün azad edilib.

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/299414

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR