Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Kandildəki hava əməliyyatları terror təşkilatı PKK-ya bölgədə yeni qərarlar almağa məcbur edib.

Metbuat.az “A Haber”ə istinadən xəbər verir ki, İraq idarə üsulunun Şenqala girəcəyini açıqlaması ilə birlikdə Türkiyənin də Ovaköy-Musul xəttini istifadə edib Şimali İraqa girəcəyindən narahat olan PKK bu dəfə Şenqaldan çəkildiyini açıqlamaq məcburiyyətində qalıb. Şimalı İraqda vəziyyət PKK-nın istədiyi istiqamətdə getmir.

Kandildəki ərazilərin bir hissəsi boşaldılıb. Düşərgələrin bir qismi eyni əraziyə, ancaq İran sərhədinə yaxın bölgəyə çəkilib. Kəşfiyyat bölmələri onların izinə düşüb.

Aysel Yaqubqızı / Metbuat.az