Səudiyyə Ərəbistanı rəhbərliyi ölkədə çevriliş həyəcanına səbəb olan "dron"lara qadağa qoyub.
Metbuat.az "Yeni Şafak"a istinadən xəbər verir ki, Ər-Riyadın Huzame bölgəsindəki Kral Sarayı ətrafında uçan və təşvişə səbəb olan bir oyuncaq "dron" təhlükəsizlik gücləri tərəfindən vurulub.
Daxili İşlər Nazirliyi "dron"la bağlı son qərar çıxana qədər onun polisdən icazə alaraq, yalnız icazəli yerlərdə istifadəsinə qərar verib.
Xatırladaq ki, Ər-Riyadda Kral sarayının ətrafında dünən axşam baş verən atışma "çevriliş" olaraq şərh edilmişdi.
Aysel Yaqubqızı / Metbuat.az