Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı Ərəb koalisiyasının gecə saatlarında Yəmənin şimalında Hacce rayonunda təşkil etdiyi hava hücumunda ən az 15 nəfər ölüb.
Metbuat.az "Miliyyet"ə istinadən xəbər verir ki, bölgədəki yəmənli sağlıq personalı toy mərasiminin hədəf alındığını açıqlayıb. Ölənlər arasında gəlin də olub. Aralarında uşaqların da olduğu 45 nəfər isə ağır yaralanaraq xəstəxanaya aparılıb.
Xatırladaq ki, keçən cümə günü yenə Ərəb koalisiyasının hazırladığı hücumda 18 nəfər ölmüşdü.
Aysel Yaqubqızı / Metbuat.az